İqtisadiyyat

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığı daha da gücləndirir

Azərbaycan və Gürcüstan dəmir yolları sahəsində əməkdaşlığı gücləndirir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata əsasən, iki ölkənin müvafiq qurumları arasında yükdaşıma sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Gürcüstan dəmir yolları arasında mövcud olan əməkdaşlıq əlaqələri, Azərbaycanın nəqliyyat-logistika imkanları, dəmir yolunda aparılan islahatlar və səmərəliliyin artırılması istiqamətində nəzərdə tutulan işlər barədə danışıb. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışan C. Qurbanov qeyd edib ki, bu marşrut qlobal səciyyə daşıyır, Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

“Gürcüstan Dəmir Yolları” SC-nin sədri David Peradze bildirib ki, bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.

Sonda hər iki ölkənin dəmir yolları arasında əməkdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Yüklərin daşınması və əməliyyat effektivliyinin artırılması məsələsi də müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir