İqtisadiyyat

Himalay Məmişov pensiya məbləğinin builki artımı barədə danışdı

Sharing is caring!


“Pensiya məbləğində bu il üçün 10,8% indeksləşmə gözlənilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi fevralın əvvəli üçün lazımi məlumatı bizə təqdim etməlidir.

Sədr əlavə edib ki, qərar qəbul ediləcəyi təqdirdə gələn ay iki ayın birgə məbləği pensiyanın üzərinə əlavə olunaraq vətəndaşlara ödəniləcək.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir