İqtisadiyyat

Bakı metrosunda mobil rabitə şəbəkəsi 100% təmin ediləcək

Sharing is caring!


Gələn il “Bakı Metropoliteni” QSC-nin ərazisində mobil rabitə şəbəkəsi 100% təmin ediləcək.

Oxu.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında səhmdar cəmiyyətinin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov bildirib.

Onun sözlərinə görə, növbəti ildə “Xocəsən” stansiyasında da mobil rabitə şəbəkəsi qurulacaq.

“Hazırda Xocəsən stansiyası istisna olmaqla bütün stansiyalarda mobil rabitə şəbəkəsi mövcuddur. Yeni istifadəyə verilmiş Xocəsən stansiyasının isə yalnız yerüstü hissəsində şəbəkə mövcuddur. Tuneldə və stansiya daxilində şəbəkənin qurulması isə gələn il yekunlaşacaq. Bununla da metronun bütün stansiyalarında kəsintisiz mobil rabitədən istifadə mümkün olacaq”, – deyə metro rəsmisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir