İqtisadiyyat

Azərbaycanda bank sektorunun mənfəəti bir milyard manata yaxınlaşıb

Sharing is caring!


2023-cü ilin yanvar-noyabr aylarında banklar 997,4 milyon manat xalis mənfəət əldə ediblər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər yayıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.

Hesabat dövrü üzrə bank sektoru 1 milyard 521,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.

2023-cü ilin 11 ayında banklar tərəfindən 131,3 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% və ya 57,9 milyon manat çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir