İqtisadiyyat

İranda yeni korrupsiya faktı aşkarlanıb – FOTO

Sharing is caring!


İranda maliyyə korrupsiyasının ifşa edilməsinin ardından, parlamentin iki üzvü yerli istehsal olan düyünün fermerlərin əlində qaldığına işarə edərək, “düyü mafiyası” tərəfindən bu məhsulun ölkəyə idxalı və ucuz valyutadan istifadə üzrə pozuntuların olduğunu açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

İslam Şurası Məclisinin Proqram və Büdcə Komissiyasının üzvü Cabbar Kuçekizadə bu qanun pozuntusunun prezident İbrahim Rəsinin hökuməti dövründə keçmiş kənd təsərrüfatı naziri Cavad Sadatinejadın fəaliyyət illərində baş verdiyini bildirib.

Qeyd edək ki, iki milyon ton düyü qismən güzəştli valyuta ilə 28 500 tümən (təxmini 1,15 AZN) qiymətlə ölkəyə idxal olunur və bazarda daha baha qiymətə satılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir