İqtisadiyyat

SOCAR: “Əsas hədəflərdən biri karbon tullantılarını sıfıra endirməkdir”

Sharing is caring!


“Atmosferə atılan karbon tullantılarının sıfıra endirilməsi SOCAR-ın əsas hədəflərindən biridir”.

“APA-Economics” xəbər verir ki, bunu Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumunun panel çıxışı zamanı SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib.

“Biz 2050-ci ilədək xalis sıfır öhdəliyini üzərimizə götürürük. Atmosferə atılan emissiyaların sıfıra endirilməsi bizim əsas hədəfimizdir. Düşünürəm ki hazırkı elmi tədqiqatlar qısa müddətdə bizə bu hədəflərə çatmaq üçün imkan yaradacaq”, – Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, hazırda Azərbaycanda bir sıra şirkətlərlə yaşıl enerji ilə bağlı layihələr icra edilir.

“SOCAR ilə bp arasında həyata keçirilən layihə çərçivəsində istehsal olunan elektrik enerjisinin hər iki şirkətin tərəfdaş olduğu layihə tərəfindən istehlak edilməsi nəzərdə tutulub”, – deyə Rövşən Nəcəf vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir