İqtisadiyyat

Ələt Azad İqtisadi Zonası hədəflərini açıqlayıb

Sharing is caring!


Ələt Azad İqtisadi Zonasının iki hədəfi var.

“Report” xəbər verir ki, bunu zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

“Biz investorların ərazidə uğurla şirkət qura bilmələri üçün münbit şərait yaradacağıq, eyni zamanda, şirkətlərin böyüməsini dəstəkləyəcəyik. Biz Türkiyədən gələn sahibkarları, xüsusilə, yüksək əlavə dəyərli və ixracyönümlü məhsul istehsal edən, innovativ texnologiyalara və ən yaxşı beynəlxalq standartlara uyğun çalışan şirkətləri qəbul etməyə hazırıq”, – deyə V.Ələsgərov əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir