İqtisadiyyat

ABAD-ın direktoru: “Azərbaycanda iqtisadiyyatın bünövrəsini təşkil edən sahibkarlar ordusu formalaşıb”

Sharing is caring!


“Azərbaycanda iqtisadiyyatın bünövrəsini təşkil edən sahibkarlar ordusu formalaşıb”.

“Report”un xəbərinə görə, bunu “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “Potensial ABAD-çılara dəstək layihəsi” çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan güclü, nüfuzlu, müstəqil, suveren ölkə olmaqla yanaşı, ən islahatçı ölkələr sırasındadır:

“Həyata keçirilmiş islahatlar nəticəsində Vətən torpaqlarını işğaldan azad etmiş güclü ordu ilə yanaşı, iqtisadiyyatın bümövrəsini təşkil edən sahibkarlar ordusu formalaşdıra bilmişik və proses davam edir”.

“İqtisadiyyat Nazirliyi, həmçinin onun tabeliyində olan qurumlar, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi digər dövlət orqanları ilə birgə səfərbər olaraq sahibkarlığın intensiv inkişafı məqsədilə müxtəlif layihələr həyata keçirir və real nəticələrə hesablanmış təşviq, dəstək və güzəşt tədbirləri gerçəkləşdirir”, – qurum rəsmisi qeyd edib.

R.Elçiyev əlavə edib ki, bu gün Dövlət Məşğulluq Agentliyi və ABAD-ın vahid komanda işinin ilk nəticələrini qeyd edirik:

“Hər iki quruma daxil olan müraciətlər komandalar tərəfindən geniş təhlil edilərək birgə dəstək göstərilə biləcək müraciətçilərin siyahısı müəyyən edilib. “Potensial ABAD-çılara dəstək layihəsi” çərçivəsində həmin ailələrə Dövlət Məşğulluq Agentliyi tərəfindən zəruri alət və avadanlıqlar təqdim edilir. ABAD tərəfindən isə satış xidməti də daxil olmaqla ideya və hədəflərə yanaşması ilə “ABAD” xidmətləri göstərilir. Bir sözlə, “Potensial ABAD-çılara dəstək” layihəsini özünüməşğulluq proqramı ilə “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin vəhdəti də adlandıra bilərik. Əminəm ki, real nəticələrə hədəflənən birgə dəstək layihəmiz ailə bizneslərinə fayda gətirəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir