İqtisadiyyat

Türkiyə rəsmisi: “Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub”

Sharing is caring!


“Son 20 ildə regionda ən sürətlə inkişaf etmiş ölkə Azərbaycan olub”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidentinin Maliyyə İdarəsinin rəisi Göksal Aşan Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, bu inkişaf ölkə ərazisinin 20%-nin işğal altında olması şəraitində qeydə alınıb.

“Torpaqların azad edilməsi ilə inkişafın səviyyəsini təsəvvür etmək çətin deyil”, – deyə Türkiyə rəsmisi əlavə edib.

O qeyd edib ki, son illər bütün dünyada iqtisadi çətinliklər yaşanır:

“Gedən proseslər göstərir ki, əgər güclü olmasanız, ayaqda qalmağınız mümkün deyil. Bütün dünyada birləşmə gedir. Lakin bizim üçün bu torpaqlarda qalmağımızı təmin edəcək birlik türk dünyası birliyidir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir