İqtisadiyyat

2024-cü ildə Dövlət Neft Fondunun tranzit gəlirləri kəskin artacaq

Sharing is caring!


Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 14,2 milyon ABŞ dolları və ya 24,2 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2022-ci ilin müvafiq icra göstəricisindən 17 milyon manat və ya 235,8%, 2023-cü ilin təsdiq edilmiş büdcəsindən 8,9 milyon manat və ya 58,1% çoxdur.

Bu barədə məlumat “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə əks olunub.

Rəydə qeyd edilir ki, 2023-cü ildə tranzit gəlirlərinin məbləği ilkin olaraq 13,9 milyon ABŞ dolları və ya 23,6 milyon manat nəzərdə tutulub, fondun büdcəsinə dəyişiklik zamanı bu gəlir maddəsində müvafiq dəyişiklik edilərək 9 milyon ABŞ dolları və ya 15,3 milyon manata kimi azaldılıb. 2023-cü ilin 9 ayında bu gəlir maddəsi üzrə icra 5,5% və ya 0,5 milyon ABŞ dolları təşkil edib ki, səbəb kimi Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qara dənizdə daşınmalarda yaranmış məhdudiyyətlər səbəbindən Qərb ixrac boru kəməri ilə daşımaların aşağı olması göstərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir