İqtisadiyyat

İqtisadiyyat naziri dərman istehsalı zavodunda aparılan işlərlə tanış olub – FOTO

Sharing is caring!


“Pirallahı Sənaye Parkında “Supreme Pharmatech Manufacturing” MMC tərəfindən inşasına start verilən və 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin istehsalı müəssisəsində aparılan işlərlə tanış olduq”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

Bildirilib ki, əczaçılıq sənayesində istehsalın lokallaşdırılması sahəsində növbəti layihə olan bu müəssisənin fəaliyyəti ölkəmizin idxaldan asılılığının azaldılması istiqamətində hədəflərə töhfə verəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir