İqtisadiyyat

Qırğızıstan naziri SPECA ölkələrində iqtisadi artımın yollarını AÇIQLADI

Sharing is caring!


“SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələri Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında rolunu gücləndirərək regionda iqtisadi artımı və sabitliyi dəstəkləmiş olacaqlar”.

“Report” xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və kommersiya naziri Daniyar Amanqeldiyev bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında deyib.

“Bu gün bizim qarşımızda yeni çağırışlar dayanır. Bunlar iqlim dəyişmələri, təbiət kataklizmləri, iqtisadi böhranlar. Bütün bunlar bizdən çevikliyi, innovasiyanı və birgə səyləri tələb edir. Transsərhəd əməkdaşlığının genişləndirilməsi üçün perspektivlər var, bu bizim əlaqələrin genişləndirilməsi üçün böyük zəmin yaradır. Eyni zamanda bazarlara çıxış təmin edir.

Bu gün biz artıq iqtisadi sabitliyin, infrastrukturun inkişaf etdirilməsi, təhsil və səhiyyənin dəstəklənməsi, yoxsulluğun azaldılması, gender bərabərliyi sahəsində irəli doğru gedirik. Bu nailiyyətlər bizim ümumi səylərin nəticəsi oldu. Biz bundan sonra da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında fəal iştirak edəcəyik. SPECA ölkələri dayanıqlı iqtisadi və ekoloji təcrübə vasitəsilə öz təbiətini qorunmasını təmin etməlidirlər”, – deyə D.Amanqeldiyev bildirib.

Qırğızıstan naziri əlavə edib ki, SPECA-nın layihə işçi qrupları çərçivəsində təşkil olunan tədbirlərin sayı artır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir