İqtisadiyyat

Peter Siyarto: “Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan şirkətləri birgə müəssisə yaradacaq”

Sharing is caring!


Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstanın enerji şirkətləri Qara dənizin dibi ilə çəkilmiş sualtı kabel vasitəsilə elektrik enerjisinin Cənubi Qafqazdan Mərkəzi Avropaya nəqli üçün birgə müəssisə yaradacaqlar.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Budapeştdə layihənin tərəfdaşı olan üç ölkənin energetika nazirləri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onlar yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

“Bu gün biz qərara gəldik ki, iştirakçı ölkələrin elektrik enerjisi şirkətləri layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına cavabdeh olacaq birgə müəssisə yaratsın”, – XİN rəhbəri bildirib.

 O, aydınlaşdırıb ki, artıq texniki-iqtisadi əsaslandırmanın aparılması üçün müsabiqə elan olunub, onun nəticələri dekabrın əvvəlində yekunlaşacaq.

Qeyd edək ki, layihənin texniki-iqtisadi əsaslandırmasının dəyəri 2,5 milyon avro olacaq və Dünya Bankının vəsaiti hesabına qarşılanacaq. Kabelin uzunluğu isə 1195 km təşkil edəcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir