İdman

“Qalatasaray” Türkiyə Futbol Federasiyası prezidentinin istefasını tələb edib – FOTO

Sharing is caring!


Türkiyə Super Liqasının 27-ci turunda keçirilən “Fənərbaxça” – “Kasımpaşa” matçından sonra (2:1) “Qalatasaray” klubu oyunun son saniyələrində “Fənərbaxça”nın lehinə verilən penaltiyə sərt reaksiya verib.

“Cim-bom” rəhbərliyi hesab edir ki, hakimlər “Fənərbaxça”nın 3 xal qazanması üçün əlindən gələni edib və sonda hakim tərəfindən çıxarılan penalti qərarı ədalətsiz olub.

“Qalatasaray” yaydığı son bəyanatda baş verənlərə görə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşini günahkar bilərək onun istefasını tələb edib.

“Tarixin ən pis TFF prezidenti Mehmet Büyükekşinin bütün idarə heyəti ilə birlikdə dərhal istefa verməsini gözləyirik”, – “Qalatasaray” ın yaydığı bəyanatda qeyd olunur.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir