İqtisadiyyat

Nəzarətimizə qayıdan ərazilərdə iki qızıl yatağı da var: Ehtiyatların qiymətləndirilməsinə başlanıldı

Sharing is caring!


“Mütəxəssislərimiz bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra nəzarətimizə qayıdan ərazilərdə mövcud mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, dəymiş ziyanın təftişi ilə bağlı işlərə başlayıblar”.

Bunu “Trend”ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, qısa zamanda bu işlər başa çatdırılacaq.

“Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı var. 143 faydalı qazıntı yatağı 2020-ci ildə keçirilən əks-hücum əməliyyatları nəticəsində azad edilmişdi. Sonuncu dəfə keçirilən antiterror tədbirlərindən sonra isə 23 yataq nəzarətimizə keçdi. Həmin ərazilərdə qızıl, mis, qaz-kömür, mərmər, mərmərlənmiş əhəng kimi digər spektrli yataqlar var.

Son antiterror tədbirlərindən sonra əsas lövbər yataqlardan olan “Qızılbulaq”, “Dəmirli” və “Çardaxlı” yataqları nəzarətimizə qayıdıb. Belə ki, “Qızılbulaq” tamamilə qızıl, “Dəmirli” qızıl və mis, “Çardaxlı” isə kömür yatağıdır. Bunlardan başqa da nəzarətimizə qayıdan ərazilərdə faydalı yataqlarımız var”, – deyə sədr qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir