İqtisadiyyat

Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid planlaşdırılır

Sharing is caring!


Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda aztullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq UNEP və “REC Caucasus” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə agentlikdən məlumat verilib.

Görüşdə “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb. Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib.

“Azərbaycanda aztullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.

Qarşı tərəf Milli Planın hazırlanması üzrə görüləcək tədbirlərin UNEP tərəfindən həyata keçirilən layihəyə müstəsna töhfə verəcəyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində “Elektromobillik üzrə Milli Planın hazırlanması” ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış İşçi qrupun üzvləri iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir