İqtisadiyyat

ECATA-nın baş katibi: “Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımalarda mühüm halqadır”

Sharing is caring!


“Azərbaycanın dəniz sahili, xüsusən də Bakı limanı Qərb-Şərq dəhlizlərinin inkişafında əsas rol oynayır. Ölkənin coğrafi mövqeyi, həqiqətən, unikaldır. Azərbaycan Asiya ilə Avropa arasında yükdaşımalarda mühüm halqadır”.

Bunu Oxu.Az-a Dubayda (BƏƏ) keçirilən “Xəzər Həftəsi – 2023” forumunda iştirak edən Avropa və Mərkəzi Asiya Nəqliyyat və Ticarət Assosiasiyasının (ECATA) baş katibi Leyla Batırbekova deyib.

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında uzunmüddətli perspektivli əlaqələr mövcuddur.

Ölkələrimiz arasında vahid pəncərə prinsipi əsasında nəqliyyat-logistika sisteminin yaradılmasının mümkünlüyünü şərh edən Batırbekova misal çəkib:

“Qazaxıstan-Belarus-Rusiya müəssisəsi var ki, yükdaşımaları 2011-ci ildən bu günə qədər çox kiçik həcmdən milyonlarla konteynerə qədər yüksəlib. Bu, əla nəticədir. Belə halda əməliyyat fəaliyyəti “dəmir yolu+dəmir yolu” prinsipi ilə əlaqələndirilir”.

Azərbaycan və Qazaxıstana gəlincə, onun sözlərinə görə, burada Xəzər dənizi və limanlar cəlb olunacaq.

“Bu, daha mürəkkəb əməliyyat modelidir. Ümid edirəm ki, bu halda menecment öz sələflərinin təcrübəsindən faydalanacaq.

İndi baza tarif dərəcələri, mahiyyətcə, vahid pəncərə prinsipinə əsasən formalaşıb. Onlardan Transxəzər nəqliyyat marşrutu üzrə ölkələrin törəmə şirkətləri istifadə edirlər. Bu prinsipə riayət olunur, lakin vahid pəncərə sisteminin tətbiqi üçün yeni hüquqi şəxs yaranmalıdır”, – ECATA-nın baş katibi əlavə edib.

Rufina Abdullayeva

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir