İqtisadiyyat

İqtisadiyyat naziri: “DİM üzrə işlərin icrasına özəl sektorun cəlb edilməsi vacibdir”

Sharing is caring!


“Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə işlərin icrasına dövlət sektoru ilə yanaşı özəl sektorun cəlb edilməsi olduqca vacibdir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.

“Bu məqsədlə BMT-nin İnkişaf Proqramının Ölkə Nümayəndəliyinin dəstəyi ilə beynəlxalq və yerli investorlar, həmçinin təsir yaratmaq potensialı olan müəssisə və startaplar üçün bir sıra tədbirlər görülüb. DİM-ə investisiyanın cəlb edilməsinə dair DİM İnvestisiya Xəritəsi (SDG Investment Map) və İnvestisiya Ekosisteminin Tədqiqatı təşəbbüsləri icra olunub”, – deyə o qeyd edib.

“Azərbaycanda özəl sektora müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilir, azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ümumi daxili məhsulda (ÜDM) payı 86,5%, məşğulluqda payı isə 78%-dən çoxdur. Güclü özəl sektor rəqabətqabiliyyətli layihələrin icrasına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına töhfə verir. Bu da DİM hədəfləri arasında çox önəmli istiqamətlərdəndir. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində görülən işlər də DİM-lərə nail olunması baxımından əhəmiyyətli mexanizmlərdən biri kimi qiymətləndirilə bilər. Bu məqsədlə ölkəmizdə 9 dekabr 2022-ci il tarixində dövlət-özəl tərəfdaşlığı haqqında qanun qəbul edilib”, – deyə nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir