İqtisadiyyat

Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək

Sharing is caring!


7-9 dekabr tarixlərində Bakı İdman Sarayında 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

Sərgidə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 100-ə yaxın şirkətin istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək, tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə müraciət edə bilərlər.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində, həmçinin, müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3FIkhV3

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir