İqtisadiyyat

Banklar 2006-cı il və ondan öncə tədavülə buraxılmış dolları niyə qəbul etmirlər? – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Azərbaycanda bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına müraciət edən vətəndaşlar məlumat veriblər. Eyni məzmunlu bir neçə müraciətdən görünür ki, bankların bir çoxu 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina edirlər.

Bankların bu addımının qanunauyğun olub-olmadığını aydınlaşdırmaq üçün Azərbaycan Mərkəzi Bankına (AMB) sorğu ünvanladıq. AMB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mərkəzi Bank ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi yoxdur.

“Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”, – deyə məlumatda vurğulanıb.

Bununla əlaqədar Oxu.Az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov da bildirib ki, bankların bu cür köhnə dolları qəbul etməməyində qanunsuz məqam yoxdur:

“Bu, spesifik məsələdir. Rəsmi şəkildə 2006-cı ildən öncəki nominalların qəbul edilməsini məhdudlaşdıran və ya əksi olan məqam yoxdur. Yəni kommersiya banklarını bu məsələ ilə bağlı hər hansı məsuliyyət də gözləmir. Açığı, kütləvi şəkildə vətəndaşların belə bir problemlə qarşılaşdıqlarını hesab etmirəm. İstənilən halda, bankların bu cür məqamlarda həmin valyutanı dəyişməyə etiraz etməsi qanun pozuntusu sayılmır”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir