İqtisadiyyat

Nazir müavini: “Bəzi hallarda büdcədən ayrılan vəsaitin tam istifadəsi mümkün olmur”

Sharing is caring!


“Satınalma müddətində ləngimələr büdcədən maliyyələşən bütün qurumları narahat edir”.

“APA-Economics” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, adətən satınalma prosesində ləngimələr səbəbindən dövlət büdcəsindən ayrılan vəsaitin tam istifadəsi mümkün olmur. Əgər mümkün olursa, daha çox ilin sonuncu rübündə baş verir.

“Yeni qanunvericilikdə proses bir qədər də təkmilləşdirilib. Yəni, satınalma təşkilatı hər il oktyabr ayının 25-dən 5 gün ərzində təkliflərin açılmasına qədər olan prosesi həyata keçirmək imkanı əldə edəcək”, – İdris İsayev əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir