İqtisadiyyat

Türkiyə lideri: “Xəzər qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”

Sharing is caring!


“Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir:

“Bu, bütün regionun inkişafına töhfə verəcək”.

R.T.Ərdoğan, həmçinin söyləyib ki, türk dövlətləri arasında əməkdaşlıq da inkişaf etdirilməlidir:

“Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir