İqtisadiyyat

Mikayıl Cabbarov: “İş yerlərinin yalnız sayı deyil, keyfiyyəti də artırılmalıdır”

Sharing is caring!


“İşsizlikdən sığorta üzrə daxilolmaların proqnozu 112% icra edilib. Əməkhaqları üzrə aparılmış islahatlar sahəsində son 4 il 9 ay müddətində 304 mindən çox yeni əmək müqavilələri bağlanıb. Şəffaflaşma proseslərinə geniş yer verilir. Pandemiya dövrü də daxil olmaqla, biz ildə orta hesabla 71 min qeyri-daimi iş yeri yaradırıq”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, yalnız iş yerlərinin sayı deyil, keyfiyyəti də artırılmalıdır:

“Bu, ölkədə istər orta aylıq əməkhaqqının, istərsə də iqtisadiyyatın inkişafı üçün vacib amildir. Eyni zamanda ölkədə əmək bazarının yaxşılaşdırılmasını şərtləndirir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir