İqtisadiyyat

SOCAR və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb – FOTO

Sharing is caring!


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb.

SOCAR-dan verilən məlumatına görə, Şirkətin baş ofisində təşkil olunan imzalanma mərasimindən öncə qonaqlar ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti Sərgisi ilə tanış olublar.

Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək Sazişin önəmini qeyd edib. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz sənayesinə marağının artmasına verəcəyi töhfələrdən bəhs edən vitse-prezident əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.

Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən birinin təhsil və sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən rektor bu gün SOCAR ilə əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli addımın atıldığını diqqətə çatdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir