İqtisadiyyat

Azərbaycanda 2023-cü il üçün orta illik inflyasiya proqnozu dəyişib

Sharing is caring!


Azərbaycanda 2023-cü ildə orta illik inflyasiya 9,5% səviyyəsində olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilib.

İqtisadiyyat Nazirliyinin baza ssenarisinə əsasən, 2024-cü ildə bu göstərici 5,3% səviyyəsində gözlənilir.

“Proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2%-ə qədər enəcəyi gözlənilir”, – deyə Maliyyə Nazirliyi qeyd edib.

İllik inflyasiyanın 4±2% intervalında qorunması hədəflənir.

Məlumata görə, inflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir