İqtisadiyyat

Əli Əsədov: “Azərbaycanın son 20 ildə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb”

Sharing is caring!


“Azərbaycanın son 20 ildə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb”.

“Report”un xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə “Gülüstan” sarayında keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” adlı konfransda deyib.

Onun sözlərinə görə, əhalinin sosial müdafiəsi, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial təminat məsələləri, bütövlükdə əhalinin sosial-iqtisadi rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub:

“Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-23-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb”.

Baş nazir qeyd edib ki, dövlət başçısının rəhbərliyi altında keçən dövrdə orta aylıq nominal əməkhaqqı 12 dəfə, minimum əməkhaqqı isə 38 dəfədən çox artıb:

“Son 20 ildə orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləği isə 14 dəfə yüksəlib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir