İqtisadiyyat

Azərbaycanda bu il kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Sharing is caring!


2023-cü ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 996,9 milyon manat təşkil edib ki, onun da 4 539,6 milyon manatı heyvandarlıq, 5 457,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5%, bitkiçilik məhsulları üzrə isə 2,5% artıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir