İqtisadiyyat

Dövlət Xidməti: “Bu il istehlakçılara 447 min manat geri qaytarılıb” – FOTO

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təmin etdiyi müraciətlər hesabına 447 038 manat vəsait istehlakçılara geri qaytarılıb.

Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,7% çoxdur.

Bundan başqa, M.Abbasbəyli qeyd edib ki, hesabat dövründə vətəndaşlara dəymiş 45,99 milyon manat ziyan ödənilib. Bu isə bir il əvvələ nisbətən 2,6 dəfə çoxdur.

Bu ilin ilk 9 ayında Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub ki, bu da illik müqayisədə 14,9% çoxdur.

“İstehlakçı məmnuniyyətinin əldə edilməsi biznesin bazarda rəqabət üstünlüyünü təmin edir, səmərəliliyini artırır. Bu baxımdan istehlakçı hüquqlarının müdafiəsində ilk pillədə biznes subyektləri və sahibkar-istehlakçı əlaqələrinin qarşılıqlı etimad əsasında təşkili dayanır”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir