İqtisadiyyat

Azərbaycanın “Şahdəniz”dən əldə etdiyi gəlirin həcmi məlum olub

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 milyard 183 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,15% azdır.

ARDNF-dən verilən məlumata görə, ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 209 milyon ABŞ dollarına bərabər olub.

Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.10.2023 tarixinə) 259,554 mln. ABŞ dolları olub, bu isə 21% azalma deməkdir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ARDNF kondensatın satışından 328,567 mln. ABŞ dolları əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir