Dünya

Ermənistanda Paşinyana etimadsızlıq proseduru başladıla bilər

Sharing is caring!


“Miasin” hərəkatı hazırkı baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq göstərilməsi proseduruna başlamaq niyyətindədir.

Ermənistan mətbuatında dərc olunan xəbərlərə görə, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

“Miasin”in tələbləri noyabrın 23-də saat 16:00-da baş nazirin müvəqqəti işlədiyi prezident iqamətgahında açıqlanacaq. Hərəkat üzvləri baş nazirin siyasəti ilə bağlı narazılıqları səsləndirmək niyyətindədirlər.

“Hökumət proqramının praktikada həyata keçirilən və dəhşətli nəticələrə səbəb olan addımlarla birbaşa ziddiyyət təşkil etdiyini nəzərə alaraq hərəkat Paşinyana etimadsızlıq nümayiş etdirmək prosesinə başlamaq üçün vətəndaşlara və parlament müxalifətinə müraciət edəcək”, – deyə mətbuat xidmətinin məlumatında bildirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir