İqtisadiyyat

“Azersky” peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək

Sharing is caring!


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) istismar etdiyi, missiyasını vaxtından bir il əvvəl başa çatdırmış “Azersky” – Yerin məsafədən müşahidə peykinə görə sığorta ödənişi bu ilin sonuna qədər veriləcək.

Bunu “Report”a açıqlamasında “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

“Bu məsələdə 10-dan çox xarici sığorta şirkəti iştirak etdiyi üçün proses uzun çəkir, amma bu ilin sonuna qədər ödəniş olacaq. Məbləğ kommersiya sirri olduğu üçün açıqlanmır”, – deyə o qeyd edib.

S.Əsədov onu da bildirib ki, orbitə buraxılması planlaşdırılan “Azersky-2” peyki əvvəlki peyklə müqayisədə ucuz başa gələcək, həm də daha keyfiyyətli şəkil çəkəcək. Bununla belə, sədr yeni peykin dəyərinin nə qədər olduğunu açıqlamayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir