İqtisadiyyat

Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif olundu

Sharing is caring!


Gədəbəyin Söyüdlü sakinlərinin müraciət və təkliflərinin çatdırılması üçün icmanın yaradılması təklif olunub.

“Report” xəbər verir ki, bu təklifi “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Hüseynova kəndin tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri Muxtar Babayevin və üzvlərin Söyüdlü sakinləri ilə görüşündə səsləndirilib.

Təklifə əsasən Söyüdlü sakinlərindən ibarət icma kənd camaatının təkliflərini və müraciətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlar üçün təyin etdiyi əlaqələndirici şəxs Surxay Nəzərova və yerli icra hakimiyyətinin nümayəndələrinə göndərməklə “Anglo Asian Mining” şirkəti ilə əlaqə yarada bilərlər. Təklif şirkətin baş direktoru Reza Vəziri tərəfindən də müsbət qarşılanıb və bu icmanın yaradılmasının vacibliyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” şirkəti iyulun 31-dən Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin fəaliyyəti onların tam ekoloji inspeksiyasının keçirilməsi üçün dayandırılıb.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir