İqtisadiyyat

“Anglo Asian Mining” öhdəliklərini yerinə yetirmək üçün kredit cəlb edə bilər

Sharing is caring!


“Anglo Asian Mining” “Micon” beynəlxalq monitorinq şirkətinin Gədəbəyin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələri əsasında hazırlanan tövsiyələri yerinə yetirmək üçün lazım olan vəsaiti kreditlə cəlb edə bilər”.

Bunu Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo-Asian Mining Plc.” şirkətinin baş direktoru Reza Vəziri brifinqdə “Report”un Söyüdlüyə ezam olunmuş müxbirinin sualını cavablandırarkən deyib.

O bildirib ki, şirkət hər zaman mənfəətlə işləsə də, son hadisələr nəticəsində təxminən 19 milyon ABŞ dollarına yaxın ziyan dəyib:

“Bizim üçün bu öhdəlikləri yerinə yetirmək vacibdir. Vəziyyətlə əlaqədar banklara müraciət edə bilərik və banklar kredit məsələsində bizə etibar edir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir