İqtisadiyyat

Məmməd Abbasbəyli: “Rəqabət mühitinə təsiri minimallaşdırmaq üçün geniş qadağalar müəyyən ediləcək”

Sharing is caring!


“Rəqabət Məcəlləsi layihəsində dövlət və digər müvafiq orqanların rəqabət mühitinə təsirinin minimallaşdırılması üçün geniş qadağaların müəyyən edilməsi əksini tapıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, subsidiya və digər dövlət yardımlarının verilməsi prosesində rəqabət orqanının rəyinin alınması tələbi də sənəddə əks olunub.

“Bu, çox vacibdir. Bu gün bazardakı proseslərdən görə bilərik ki, hər hansı bir təşkilata, dövlət şirkətinə subsidiyalar verildikdə bunlar birbaşa azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərə rəqabət nöqteyi-nəzərdən böyük mənfi təsirlər göstərə bilər.

Buna görə də subsidiyalaşdırma mexanizminin rəqabət orqanı tərəfindən izlənilməsi və icazələrin verilməsi prinsipi Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsində öz əksini tapıb”, – deyə M.Abbasbəyli əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir