İqtisadiyyat

Azərbaycanda bankların xalis mənfəəti 23% artıb

Sharing is caring!


Azərbaycanın bank sektoru bu ilin yanvar-avqust aylarında 724,2 milyon manat xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 22,9% çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın bank sektoru 589,4 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların əməliyyat mənfəəti isə 25,2% artaraq 1064 milyon manata bərabər olub.

2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir