İqtisadiyyat

Azərbaycanda səkkiz ayda dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği AÇIQLANDI

Sharing is caring!


Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 349,6 milyon manat kredit verilib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 41,2% artaraq 312,2 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 41,9% artaraq 220 milyon manata çatıb, fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 65,7 milyon manata düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir