İqtisadiyyat

Vətəndaşlardan yeni beş qəpiklərin tədavülə buraxılmasına reaksiya – SORĞU + VİDEO

Sharing is caring!


Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.

Xezerxeber.az xəbər verir ki, pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Bəs görəsən 1, 3, 5 qəpikliklər keçmişdə olduğu kimi indi də dəyərlidirmi?

Keçirilən sorğudan belə nəticəyə gəlmək olar ki, bu pul nişanlarından istifadədə vətəndaşların fikri eyni deyil. Kimisi ümumiyyətlə 5 qəpik götürmür, kimisi isə 1 qəpiyindən də keçmir.

Vətəndaş Yusif Qazıyev bildirib ki, manatı manat edən elə qəpikdir. Bu səbəbdən də qəpiyimizin dəyərini bilməliyik.

Qeyd edək ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir