İqtisadiyyat

Azərbaycandan Türkiyəyə qaz nəqli beşgünlük dayandırılacaq

Sharing is caring!


Azərbaycan təbii qazının Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyəyə nəqli beş gün müddətinə dayandırılacaq.

Bu barədə Türkiyənin boru kəməri operatoru BOTAŞ-ın bəyanatında deyilir.

Məlumata görə, buna səbəb sözügedən qaz kəmərində nəzərdə tutulan texniki xidmət və təmir işləridir.

Bildirilir ki, “Azerbaijan Gas Supply Company Limited” və Cənubi Qafqaz Boru Kəməri Şirkəti ilə razılığa əsasən, planlaşdırılan təmir işləri ilə əlaqədar sentyabrın 25-dən 29-dək olan müddətdə Türkgözü giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi mümkün olmayacaq.

Türkiyə şirkəti qeyd edir ki, planlı texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında hər hansı problem gözlənilmir.

Mənbə: Enerji Günlüğü

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir