İqtisadiyyat

Uluqbek Kamaletdinov: “Yeni sənədlərin imzalanması Azərbaycanla Özbəkistan arasında əməkdaşlığı gücləndirəcək”

Sharing is caring!


“Bakıda keçirilən biznes forumu çərçivəsində imzalanmış sənədlər paketi Azərbaycan və Özbəkistan arasında gələcək əməkdaşlıq üçün əsaslı hüquqi baza yaradır və ölkələr arasında əməkdaşlığı gücləndirəcək”.

Bunu “Report”a açıqlamasında özbəkistanlı ekspert, iqtisadçı Uluqbek Kamaletdinov deyib.

“İki ölkənin aparıcı şirkətlərinin 250-dən çox nümayəndəsinin iştirak etdiyi forum çərçivəsində ticarət müqavilələri və investisiya sazişləri paketi imzalandı. Buraya neft-qaz, kimya, mədənçıxarma, əczaçılıq, elektrik sənayesi sahələri də daxildir. Əgər buna Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyasının Şuşada keçirilmiş iclasının yekunları ilə birlikdə baxılarsa, o zaman gələcək əməkdaşlığımız üçün faktiki olaraq əsaslı hüquqi baza yaradılır”, – o bildirib.

“Özbəkistan və Azərbaycan arasında praqmatik və uzaqgörən qarşılıqlı tərəfdaşlıq siyasəti hər iki ölkə liderlərinin siyasi iradəsinə əsaslanır. Dövlətlərimiz bir sıra mötəbər beynəlxalq təşkilatlar, BMT, MDB və s. çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. Bununla belə, müasir dünyada artan ziddiyyətləri nəzərə alsaq, ikitərəfli əməkdaşlıq ən səmərəli tərəfdaşlıq formatı olaraq qalır”, – ekspert qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan-Özbəkistan əməkdaşlığı çərçivəsində ticari-iqtisadi və investisiya əlaqələrinin intensiv artımı müşahidə olunur:

“Qeyd edək ki, ölkələrimiz arasında ticarət dövriyyəsi 2022-ci ildə altı dəfə, bu ilin əvvəlindən isə daha 40% artıb. Birgə müəssisələrin sayı dörd dəfə artıb, artıq Özbəkistanda Azərbaycan kapitallı 200-dən çox müəssisə fəaliyyət göstərir”.

Ekspert hesab edir ki, yuxarıda qeyd olunan sahələrlə yanaşı, Özbəkistan və Azərbaycan toxuculuq sənayesi, avtomobil istehsalı, elektrotexnika, eləcə də zərgərlik sənayesində qarşılıqlı faydalı əməkdaşlıq qurmaq potensialına malikdir:

“Azərbaycan texnologiyalarından istifadə və zərgərlik məktəbinin minillik təcrübəsi özbək qızılına yeni bazar tapmağa kömək edə bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir