İqtisadiyyat

SOCAR Türkiyə “Stevie Awards”dan “İlin şirkəti” mükafatını qazanıb

Sharing is caring!


“Stevie Awards” tərəfindən təşkil edilən 20-ci beynəlxalq biznes mükafatları çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” mükafat qazanıb.

Şirkətdən verilən açıqlamaya görə, “Socar Türkiye” “Çevik İş Modeli” tətbiqinə görə “Stevie Awards”ın  “İlin Şirkəti” kateqoriyasında “Gümüş Stevie” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Stevie Awards” şirkətlərin korporativ performanslarının və innovativ təcrübələrinin qiymətləndirildiyi beynəlxalq mükafat platformasıdır. Bura 61 ölkədən 3700-dən çox şirkət müraciət etmişdi.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir