İqtisadiyyat

İqtisadiyyat Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Sharing is caring!


İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayevlə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sahib Məmmədov ölkələrimizin ikitərəfli münasibətlərinin uğurlu inkişafına xüsusi önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, xalqlarımızı dostluq münasibətləri, ortaq tarix, adət-ənənələr, mədəniyyət və dəyərlər birləşdirir. Dövlət başçılarının səfərləri, keçirilən yüksəksəviyyəli görüşlər ölkələrimiz arasında tərəfdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib.

Ölkələrimiz arasında iqtisadi-ticari tərəfdaşlığı inkişaf etdirmək məqsədilə görülən işlərə gəlincə, diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası iyul ayında Şuşada keçirilib və iclasdan ötən dövr ərzində önəmli işlər görülüb, Özbəkistan şirkətlərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Bildirilib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi artıb. Bununla belə, ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması barədə hökumətlərarası sazişdə yer alan məsələlər qarşılıqlı investisiya qoyuluşları və ticarət dövriyyəsinin artırılmasına, iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. 

Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Oybek Xamrayev ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsində marağını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə həyata keçirilən məqsədyönlü tədbirləri, imzalanan sənədlərin əhəmiyyətini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətində fikirlərini bölüşüb.

Görüşdə iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və qarşılıqlı investisiya qoyuluşlarının artırılması imkanları müzakirə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir