İqtisadiyyat

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 19 faiz artıb

Sharing is caring!


Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 milyard 606,579 milyon manat təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,4% çoxdur.

Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5% artaraq 909,151 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 18,5% artaraq 2 milyard 549,144 milyon manat, aksizlər üzrə daxilolmalar 42,7% artaraq 121,83 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 24,2% azalaraq 26,455 milyon manat olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir