İqtisadiyyat

Laçında inşa edilən Aqro və Sənaye Parkı tezliklə fəaliyyətə başlayacaq – FOTO

Sharing is caring!


Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

Aqro və Sənaye Parkının tikinti rəisi Efe Emir Demirel AZƏRTAC-a bildirib ki, Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır:

“Tezliklə bu gözəl sənaye parkı fəaliyyətə başlayacaq. Biz daha fərqli sənaye parkları-heyvandarlıq və ətçilik sahələrinin tikintisini planlayırıq. Onu xüsusi vurğulamaq istəyirəm ki, burada laçınlıların işlə təmin olunması bizi çox sevindirir. Daim vakansiyalarımız var, istəyən vətəndaşlar bizə müraciət edə bilər. Biz müntəzəm olaraq laçın əhalisi başda olmaqla işləmək istəyənləri öz şirkətimizə qəbul edirik.

Laçının mistik bir havası var. Bu, çoxdan arzuladığmız bir havadır, şükür ki, Laçın havasından udmaq bizə qismət oldu, arzumuza çatdıq. Ən böyük arzularımızdan biri də burada gözəl sənaye parkları, iş yerləri qurmaqdır. Nə gözəl ki, Laçın var, nə gözəl ki, Qarabağ var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir