İqtisadiyyat

Ağdam Sənaye Parkına qoyulacaq investisiyaların həcmi açıqlanıb

Sharing is caring!


Ağdam Sənaye Parkına 176 milyon manat investisiya qoyulacaq.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bu vəsait 19 rezident və altı qeyri-rezident tərəfindən ayrılacaq.

Həmçinin Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında ümumilikdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir