İqtisadiyyat

Papa Fransisk Lissabona yüz milyonlarla avro qazandıracaq

Sharing is caring!


Portuqaliyanın paytaxtı Lissabonda Ümumdünya Gənclər Gününün açılış mərasimində on minlərlə insan iştirak edib.

Katolik Gənclər Festivalı çərşənbə axşamı nahardan sonra başlasa da, əsas hadisə Papa Fransiskin ora səfəri olacaq. Tədbir pontifikin özü tərəfindən veriləcək bazar günü mərasimi ilə başa çatacaq.

Lissabon bir milyondan çox zəvvar qəbul etməyi gözləyir. Bu, paytaxt əhalisindən iki dəfə çoxdur.

Portuqaliyada ən kütləvi ola biləcək hadisə ölkəyə iqtisadi dirçəliş vəd edir. Mehmanxana və restoranlardan tutmuş, suvenir mağazalarına, hətta şirniyyat dükanlarına qədər hamı faydalanmağa çalışır.

Mənbə: Euronews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir