İqtisadiyyat

“Sərfiyyata görə ödəmə etməyən abonentlərin qaz təchizatı dayandırılıb”

Sharing is caring!


“Sərfiyyata görə ödəmə etməyən abonentlərin qaz təchizatı dayandırılıb”.

Oxu.Az xəbər verir ki, bunu “Azəriqaz” İB-nin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək birliyin media nümayəndələri üçün nəzərdə tutulan “Açıq qapı” günündə deyib.

O bildirib ki, bu məhdudiyyətlər bir ayın borcu səbəbindən deyil:

“Abonentlərin qış aylarından yığılan borcları səbəbindən “Azəriqaz” İB bu cür tədbiri görməyə məcbur olub. Bəzən çağrı mərkəzinə zəng daxil olur. Bəzi abonentlər – “imkanımız yoxdur, borcları ödəyə bilmirik”, – deyirlər. Lakin təəssüf ki, bu, çağrı mərkəzinin səlahiyyətinə daxil deyil.

Belə ki, qış aylarından yığılan borclara rəğmən “Azəriqaz” İB-nin rəhbərliyi humanistlik göstərərək, abonentlərin qışda qaza ehtiyacını nəzərə alaraq, qaz təchizatını qışda dayandırmadı. Lakin artıq isti aylarda qış aylarından borcu yığılıb qalan həmin abonentlərin qaz təchizatı dayandırılıb. Bu özü də çox humanist addımdır. Əslində isə bir ay sərfiyyata görə ödənilməyən borc olarsa, qanunla qaz təchizatı dayandırılmalıdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir