İqtisadiyyat

AMB sədri: “İran Milli Bankının Bakı filialında nöqsanlar aşkarlanıb”

Sharing is caring!


Azərbaycan Mərkəzi Bankı tərəfindən Bank Milli İranın Bakı filialında çirkli pulların yuyulması ilə bağlı yoxlamalar aparılıb.

APA xəbər verir ki, bunu Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında AMB sədri Taleh Kazımov deyib.

O bildirib ki, bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib:

“Tərəfimizdən bəzi nöqsanlar tapılıb. Müvafiq olaraq bəzi əməliyyatlar məhdudlaşdırılıb. Bankın bağlanması nəzərdə tutulmur, bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə bilər”, – deyə Kazımov bildirib.

Qeyd edilib ki, yoxlama əsasən cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması və bu sahədə Azərbaycan qanunvericiliyinin tətbiqi üzrə olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir