İqtisadiyyat

Azərbaycanda cari ilin ilk altı ayında sərnişinlərin ən çox istifadə etdikləri nəqliyyat vasitəsi məlum olub

Sharing is caring!


2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 894,4 milyon sərnişinə xidmət göstəriblər.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Sərnişinlərin 87,3 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 781,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,3 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib, sərnişin dövriyyəsi 17,5 faiz artıb.

Hava nəqliyyatı ilə isə 1233,3 min və ya 49,5 faiz çox sərnişin daşınıb, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir