İqtisadiyyat

KOBİA və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq müzakirə edilib – FOTO

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İslam Biznesi Beynəlxalq Assosiasiyası arasında əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə KOBİA sədri Orxan Məmmədov öz “Twitter” hesabında yazıb.

O bildirib: “İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayevlə Bakıya səfəri çərçivəsində görüşdük. Görüşümüzdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi üçün birgə tədbirləri və əməkdaşlıq imkanlarını müzakirə etdik. M.Kabayev “Bakı KOB evi” ilə də tanış olub”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir