İqtisadiyyat

Paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Sharing is caring!


Kənd Təsərrüfatı Nazirliyi (KTN) 15-16 iyul tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçirəcək.

Bu barədə KTN məlumat yayıb.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar.

Məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə də logistik dəstək göstərilərək, məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir